Bodrumu su basdı - FOTOLAR

30.11.2018 11:59
45
Bodrumu su basdı - FOTOLAR

Türkiyənin Muğla əyalətinin Bodrum rayonunu su basıb. 


“Report.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Bordum bələdiyyəsinin sədri Mehmet Kocadon bildirib.


Onun sözlərinə görə, rayonun cənub hissəsində təbii fəlakət yaşanıb. Güclü yağış səbəbindən küçələri, yolları, evləri, iş yerlərini su basıb. Sakinlərin hərəkəti üçün mane yaranıb, 10 avtomobil su altında qalıb.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND