Mehriban Əliyeva Sami Yusifə fəxri diplom təqdim etdi - Foto

01.10.2019 23:50
86
Mehriban Əliyeva Sami Yusifə fəxri diplom təqdim etdi - Foto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusiflə görüşüb.


Ekspress.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi.


Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusifin II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirdi. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladı, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğuladı. Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusif da var.


Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim etdi.


Görüşdə Mehriban Əliyeva Sami Yusifə gələcək yaradıcılığında uğurlar arzuladı.


Müğənni və bəstəkar Sami Yusif yüksək mükafata görə minnətdarlığını bildirdi. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND