• 19 °C Bakı
  • 12 °C Quba
  • 16 °C Gəncə
  • 13 °C Yevlax
  • 12 °C Naxçıvan

Gürcüstanın sabiq Prezidenti - Azərbaycan Gürcüstan münasibətləri möhkəmdir

14.03.2019 14:52
110
Gürcüstanın sabiq Prezidenti - Azərbaycan Gürcüstan münasibətləri möhkəmdir

Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz.


Bunu VII Qlobal Bakı Forumu çərçivəsində Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili jurnalistlərə deyib.


Gürcüstan və Azərbaycan münasibətlərinə mane olmaq cəhdlərini şərh edən G.Marqvelaşvili vurğulayıb ki, heç bir qüvvə iki ölkənin dostluq münasibətlərini soyutmağı bacara bilməz:


"Bu münasibətlər möhkəmdir, çoxəsrlik tarixə və bir sıra istiqamətlər üzrə gələcək hərtərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir".


Sabiq dövlət başçısı Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi ilə bağlı da fikir bildirib:


"Gürcüstan tərəfinin mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır".


G.Marqvelaşvili Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən deyib ki, forum region ölkələri ilə münasibətlərin gələcək inkişafına, həmçinin mühüm qlobal siyasi tapşırıqların həllinə təkan verəcək.


O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaş olan iki ölkənin ümumi maraqlarına xidmət edir.

Sabiq Prezident Transadriatik boru kəməri layihəsinin xüsusi əhəmiyyətini də qeyd edib və deyib ki, bu layihənin reallaşdırılması nəinki region, eləcə də Avropa üçün böyük əhəmiyyət daşıyır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND