Hansı heyvanları ovlamaq olar? - SİYAHI

11.10.2018 09:50
76
Hansı heyvanları ovlamaq olar? - SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin siyahısını açıqlayıb.

ETSN-dən "Ekspress.az"a daxil olan məlumata görə, ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq.

Çöl donuzu (qaban)

Ovlanma müddəti : 15 sentyabr-22 dekabr 2018-ci il

Ov yerləri: Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

 

Dovşan

Ovlanma müddəti: 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il

Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

Cüllüt

Ovlanma müddəti: 15 sentyabr-24 noyabr 2018-ci il

 

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

Qaz

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

Ördək

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində

Qaşqaldaq

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart 2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində


Ov etmək qadağan olan ərazilər 

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;

Xəzər dənizinin adaları;

yaşıl zonalar;

şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;

xüsusi mühafizə olunan ərazilər;

sanitar-mühafizə zonaları.

 

NƏRGİZ

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND