Məmmədyarovla Mnatsakanyan nə vaxt və harada görüşəcək?

03.12.2018 11:05
40
Məmmədyarovla Mnatsakanyan nə vaxt və harada görüşəcək?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum olub.


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin yaydığı məlumata görə, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə dekabrın 5-də Milanda görüş keçiriləcək.


Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND