İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

17.10.2019 12:31
141
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.


Ekspress.az azərtac -a istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.


Ekspress.az