Bu yollarda hərəkət məhdudlaşdırılacaq

24.05.2019 12:25
88
Bu yollarda hərəkət məhdudlaşdırılacaq

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.


Bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00 dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.


Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND