Birinci rübdə ixracımız 43 faiz artıb

18.04.2019 11:00
89
Birinci rübdə ixracımız 43 faiz artıb

2019-cu ilin 1-ci rübündə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 620 milyon 126 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur.

 

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən birinci rübdə idxal əməliyyatlarının dəyəri 3 milyard 135 milyon 577 min dollar, ixrac əməliyyatlarının dəyəri 4 milyard 484 milyon 549 min dollar olub. Ticarət saldosu müsbət olmaqla 1 milyard 348 milyon 972 min dollar təşkil edib.

  

2018-ci ilin 1-ci rübündə Azərbaycanın xarici tcarət əməliyyatlarının həcmi 5 milyard 546 milyon 139 min dollar, idxal 2 milyard 191 milyon 105 min dollar, ixrac 3 milyard 355 milyon 33 min dollar, saldo müsbət 1 milyard 163 milyon 928 min dollar idi.

 

Ötən ilin ilk rübü ilə müqayisədə ixrac 43,1%, idxal 33,7% artıb.

 

Ekspress.az

  • SON XƏBƏR
  • TREND