"SOCAR Polymer" qeyri-neft ixracını 16% artıracaq

05.10.2018 12:05
243
"SOCAR Polymer" qeyri-neft ixracını 16% artıracaq

Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən "SOCAR Polymer” layihəsinin polipropilen və yüksəksıxlıqlı polietilen məhsullarının ixracı Azərbaycanın qeyri-neft sektoru üzrə ixracını 16% artıracaq.


"Report" xəbər verir ki, bunu "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.


Onun sözlərinə görə, "SOCAR Polymer"in Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodlarının məhsulları üzrə illik satışın məbləği 350 mln. ABŞ dolları olacaq: "Məhsulların, təxminən, 75-80%-i ixrac olunacaq. İxrac üçün əsas prioritet Türkiyə bazarıdır. Bundan başqa, Rusiya, Avropa bazarlarına da ixrac nəzərdə tutulur. Türkiyə və Rusiyadan ilkin təkliflər alınıb".


"SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.


Ekspress.az

Açar sözlər: