Dalanda qalan ermənilər, həm də dalda qalıblar

30.01.2019 18:28
567
Dalanda qalan ermənilər, həm də dalda qalıblar

2016-cı il aprel döyüşləri göstərdi ki, erməni diplomatları danışıqlar masasından qaçmağı yaxşı bacardığı qədər, erməni əsgəri, muzdlusu da səngərdən yaxşı qaça bilir…

Məhz bunun dərk edilməsindən sonra Ermənistanda açıq etiraf etməyə başlayıblar ki, bütün səylərə baxmayaraq, Azərbaycanın torpaqlarını işğal altında saxlamaq və ölkənin inkişafını təmin etmək yanaşması iflasa uğrayıb.


Ermənistan bütün regional layihələrdən kənarda qalıb və yalnız Moskvanın dəstəyi ölkənin inkişafı problemlərini həll etməyə yetərli olmayıb. Əksinə, Ermənistanın suverenliyi təhdid altında qalır. Son illər erməni siysi təbəqəsinin leksikonunda “suverenlik qtılığı” ifadəsi möhkəm kök salıb.


Azərbaycanın İran və Rusiya ilə sıx əməkdaşlığı da Ermənistan üçün nəfəsliyi daraldır. Tehran-Bakı iqtisadi əməkdaşlığının dərinləşməsi ermənilərdə daha çox qıcıq doğrur. Rusiya-Türkiyə əməkdaşlığı, Moskva-Ankara yaxınlaşması isə ermənilərin şübhələrini daha da artırır.


Rusiya və İran Azərbaycanla daha sıx iqtisadi əməkdaşlıq layihələrinə imza atırlar. Azərbaycanla əməkdaşlıq dərinləşir, praktikada Yerevan siyasi dəstəyi qoruya biləsə də, onun üçün yeni imkanlar yaranmır. Əskinə, mövcud imkanlar daha da daralır.

Yerevanın siyasi dairələrində bu gerçəklik daha yaxşı dərk olunur və erməni siyasi elitasının geosiyasi vurnuxmaları bununla izah olunmalıdır.


Azərbaycanın Ermənistanı dalanda saxlamaq strategiyası bəhrə verməyə başalyıb. Dalanda qalan ermənilər, həm də dalda qaldıqlarını başa düşməyə başlayıblar. Bunu hamıdan tez başa düşən L.T.Petrosyanı hakimiyyətdən uzaqlaşıdıran ermənilər indi yenidən onun tezislərinə müraciət edirlər. Bu həm də Cənubi Qafqazı bütövlükdə Qərb gesosiyasi məkanının ayrılmaz hissəsinə çevirməyə çalışan Vaşinton və NATO analitiklərinin strategiyasıydı. Bu strategiya müəyyən dəyişikliklərə həyata keçirilməkdədir. Məsələn, 2019-cu ildə Gürcüstanda NATO-nun indiyə qədər region üçün misli görünməyən hərbi təlimi keçiriləcək. Avropa İttifaqı isə Cənibi Qafqaz ölkələrinin nəqliyyat və tranzit infrastrukturunun Avropaya inteqrasiyası üçün 13 milyard avrodan çox vəsait ayrılması barədə qərar verib. Gürcüstana ayrılan vəsaitdən Sadaxlı gömrük-keçid məntəqəsinin potensialının artırılması da nəzərdə tutulub. Bu barədə növbəti dəfə söhbət açacağıq.