Dağlıq Qarabağ münaqişəsinin Ermənistana vurduğu zərər

11.06.2019 12:04
34
Dağlıq Qarabağ münaqişəsinin Ermənistana vurduğu zərər


"Report" Dağlıq Qarabağ münaqişəsinin Ermənistana mənfi təsirləri ilə bağlı analitik yazı hazırlayıb. Ekspress.az həmin yazını təqdim edir.


"Danışıqlar masasına əyləşib substantiv danışıqlar adlandırdığım prosesi başa çadırmaq üçün ciddi siyasi yanaşma nümayiş etdirmək və qərar vermək lazımdır. Oturmusunuz və özünüz-özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. 30 illik müharibə dönəmində erməni xalqı nə qazanıb?!"


Bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə ermənistanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.


Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirib, Ermənistandan yan keçməklə dəmir yolu, boru kəmərləri və qaz kəmərləri (Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri işə salınıb, Cənub Qaz Dəhlizi layihəsi reallaşdırılır) inşa edilib:


"Bu gün haqqında danışdığımız bütün strateji layihələr Ermənistandan yan keçib. Bəs Azərbaycanla münaqişə şəraitində olmasından Ermənistan vətəndaşları nə qazanıb?!"


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov


Nazir bildirib ki, Ermənistanda yoxsulluq səviyyəsi yüksəkdir (40%-dən çox): 


"Gecə Tbilisidən Yerevana gedəndə hər yerin qaranlıq, bütün kəndlərin boş olduğu görünür. Ermənilər kütləvi şəkildə ölkəni tərk edir, orada kim qalır? İmkanı olanların hamısı ölkədən gedir".


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə isə “Report”a açıqlamasında vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həm Azərbaycana, həm də Ermənistana ziyan vursa da, ən böyük zərər rəsmi Yerevana dəyib:


“Ermənistan torpaqlarımızı işğal etməsinə baxmayaraq, həmin ərazilərdən səmərəli istifadə edə bilmir. Çünki həmin torpaqlara nə beynəlxalq hüquqi status ala bildi, nə də orada əhalini məskunlaşdıra bildi. Ermənistan Dağlıq Qarabağda normal təsərrüfat qurmaq üçün ən azından oradan çıxarılan azərbaycanlıların yarısı qədər əhali yerləşdirməliydi. Bu gün Ermənistanda əhalinin sayı azalmağa doğru gedir. Axı belə olan təqdirdə Ermənistan Dağlıq Qarabağa yerləşdirmək üçün əhalini haradan tapsın?! Bundan 30 il əvvəl Ermənistan əhalisinin sayı 4 milyon idisə, bu gün cəmi 2 milyondur”.


Onun sözlərinə görə, Türkiyənin Ermənistanla sərhədləri bağlaması rəsmi Yerevanın dənizə çıxış yolunu məhdudlaşdırıb və bu da ölkənin iqtisadiyyatına mənfi təsir göstərib:


“Bunu Ermənistanın əvvəlki rəhbərləri də, indiki baş naziri də etiraf edir. Bir sözlə, min illərdən sonra təsadüfən müstəqillik qazanmış erməni xalqı bu gün normal şəkildə müstəqilliyini reallaşdıra bilmir. Təbii ki, bu münaqişənin riyazi hesablamalarla Ermənistana neçə-neçə trilyon dollara başa gəldiyini görə bilərik. Eyni zamanda Ermənistanın Azərbaycan və Türkiyə ilə normal iqtisadi münasibətləri olsaydı, onun iqtisadiyyatına nə qədər sərmayələr qoyulardı, regional layihələrdə iştirak edə bilərdi və ərazisindən neft-qaz kəmərləri keçərdi. Azərbaycan isə bu gün dünyada maraq göstərilən dövlətlərdən biridir. Azərbaycanın potensialından istifadə etmək istəyən dünya dövlətlərinin sayı çoxdur. Bu gün Azərbaycana sərmayə qoyulur, Bakıda beynəlxalq tədbirlər keçirilir”.


Aydın Mirzəzadə


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə


Ermənistanın Azərbaycan və Türkiyə ilə normal iqtisadi münasibətləri olsaydı, onun iqtisadiyyatına nə qədər sərmayələr qoyulardı, regional layihələrdə iştirak edə bilərdi və ərazisindən neft-qaz kəmərləri keçərdi. Azərbaycan isə bu gün dünyada maraq göstərilən dövlətlərdən biridir. Azərbaycanın potensialından istifadə etmək istəyən dünya dövlətlərinin sayı çoxdur

Deputat qeyd edib ki, bu gün Ermənistan dövlətçiliyini itirmək təhlükəsilə üz-üzə qalıb:


"Ermənistanın Azərbaycanın torpaqlarını işğal etmiş bir dövlət kimi dünya gündəminə gəlməsi onun siyasi nüfuzunu məhv edir. Təbii ki, hər bir xalq və cəmiyyət taleyini özü seçir. Ona görə də dövlətçilik təhlükəsi ilə üz-üzə qalması erməni xalqının öz taleyidir. Çünki qonşu dövlətlərlə normal münasibətin olmaması iqtisadiyyatın zəifləməsinə, daha sonra erməni xalqının köç etməsinə səbəb olur. Ona görə də Ermənistan yaratdığı bataqlıqda elə özü də batacaq. Hər bir dövlət beynəlxalq arenada özünün çəkisinə görə qiymətləndirilir. Ermənistanın bu gün xarici ölkələr tərəfindən dəstəklənməsinə rəvac verə biləcək bir göstəricisi yoxdur. Çünki Emrənistan nə iqtisadi gücü, nə siyasi nüfuzu, nə də mədəni irsi ilə tanınır”. 


TRASEKA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev "Report"a bildirib ki, Ermənistan işğal altındakı torpaqlardan qoşunlarını çıxardığı təqdirdə, Azərbaycanın iştirak etdiyi bir sıra nəqliyyat layihələrində iştirakı mümkün ola bilər:


"Hazırda sözügedən dövlət Azərbaycanın iştirak etdiyi nəqliyyat layihələrindən heç birinə qoşula bilmir. Ermənistan işğalda olan ərazilərimizi qaytarsa, Azərbaycan bütün layihələrə Ermənistanın mərhələ-mərhələ qoşulmasına imkan yaradacaq. Təbii ki, bu amil də Ermənistana xeyir verər. Hətta Azərbaycan Ermənistanın Bakı-Tbilisi-Qarsa qoşulmasına şərait yarada bilər. Bundan başqa, Ermənistan vaxtilə Şərq-Qərb layihəsinə də üzv olub, ancaq ümummilli lider Heydər Əliyev sazişə işğal davam etdiyi müddətcə rəsmi Yerevanın həmin tranzitdən istifadə edə bilməməsi şərtini qoyub. Bu, 1998-ci ildən indiyədək belə də davam edir”.


Akif Mustafayev


TRASEKA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev


Ermənistan işğalda olan ərazilərimizi qaytarsa, Azərbaycan bütün layihələrə Ermənistanın mərhələ-mərhələ qoşulmasına imkan yaradacaq. Təbii ki, bu amil də Ermənistana xeyir verər. Hətta Azərbaycan Ermənistanın Bakı-Tbilisi-Qarsa qoşulmasına şərait yarada bilər.


Onun sözlərinə görə, Ermənistanın regional layihələrdə iştirakı ona böyük fayda verə bilər:


“Ermənistan əhalisi hazırda çox kasıb həyat tərzi keçirir. Onlar yalnız yardımlar, ianələr hesabına yaşayırlar. Əgər həmin yardımlar olmasa, ümumiyyətlə, ölkə aclıqdan əziyyət çəkər. Ancaq layihələrdə iştirak etsələr, tranzitdən, Azərbaycanın üstünlüyündən qazana bilərlər. Bu gün Gürcüstan necə qazanırsa, Ermənistan da elə qazana bilər”.


Oksford Enerji Araşdırmaları İnstitutunun Qaz proqramı üzrə analitiki, “Eurasia Analytics”in təsisçisi Gülmira Rzayeva isə “Report”a deyib ki, son 25 ildə Ermənistan Azərbaycanın həyata keçirdiyi regional enerji layihələrində iştirak etməməklə çox şey itirib:


"Azərbaycan və Ermənistan iqtisadiyyatı arasında müqayisə aparıldıqda olduqca böyük fərq görünür. Bu da Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin nəticəsidir. Son 25 ildə Azərbaycan 100 milyardlarla dollar məbləğində gəlir əldə edib. Bu, xüsusən də enerji layihələri ilə bağlıdır. Ermənistan bütün bu layihələrdən kənarda qalıb və həmin ölkə üçün bunun bədəli çox böyük olub. Bu gün bunu görmək çox da çətin deyil”.


"Əgər münaqişə həll olunarsa, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad edərsə və bu layihələrə cəlb olunarsa, təbii ki, burada Ermənistan da qazanacaq. Xüsusilə maliyyə baxımından qazanc olacaq. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru Kəməri Gürcüstan ərazisindən keçir və bu da həmin layihələrin coğrafi baxımından uzunluğunu daha da artırıb. Belə olan halda kəmərin maliyyə dəyəri də artıb. Əgər bu kəmərlər Ermənistandan keçsəydi, maliyyə xərcləri də aşağı olardı. Ancaq o zaman bizim üçün təhlükəsizlik baxımından əlverişli olmazdı”, - ekspert qeyd edib.


Gülmira Rzayeva


Oksford Enerji Araşdırmaları İnstitutunun Qaz proqramı üzrə analitiki, “Eurasia Analytics”in təsisçisi Gülmira Rzayeva


Azərbaycan və Ermənistan iqtisadiyyatı arasında müqayisə aparıldıqda olduqca böyük fərq görünür. Bu da Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin nəticəsidir. Son 25 ildə Azərbaycan 100 milyardlarla dollar məbləğində gəlir əldə edib. Bu, xüsusən də enerji layihələri ilə bağlıdır. Ermənistan bütün bu layihələrdən kənarda qalıb və həmin ölkə üçün bunun bədəli çox böyük olub.

G.Rzayeva vurğulayıb ki, hər şey həllini tapdıqdan sonra gələcəkdə yeni infrastrukturlar və yeni boru kəmərləri ola bilər:


“Çünki Azərbaycan yalnız “Şahdəniz” layihəsi ilə kifayətlənməyəcək. Çox güman ki, Cənub Qaz Dəhlizi genişləndiriləcək və artırılacaq. Çünki Azərbaycan ölkədə neft və qaz hasilatını artırmaq niyyətindədir. Son illər yeni qaz yataqları aşkar olunub, BP şirkəti ilə birgə yeni neft yataqları ilə bağlı axtarışlar aparılır. Çox güman ki, gələcəkdə uzunmüddətli perspektivdə yeni layihələr olacaq. Əgər bu layihələrə Ermənistan cəlb olunarsa, o da Gürcüstan kimi tranzit və ya layihələrin iştirakçısı olaraq böyük gəlirlər əldə edə bilər. Bu gün Gürcüstan Bakı-Tbilisi-Ceyhan və digər layihələrdə tranzit ölkəsi kimi çox böyük gəlir əldə edir”.


Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji üzrə ekspert İlham Şaban "Report"a bildirib ki, Gürcüstan Azərbaycanın enerji layihələri sayəsində böyük qazanc əldə edib:


"Bu ölkə öz ərazisindən nəql edilən Azərbaycan qazının 5%-ni tranzit haqqı olaraq alır".


Qeyd edək ki, Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz Cənubi Qafqaz Boru Kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) Gürcüstana və Türkiyəyə nəql edilir. 2006-ci ilin sonlarından Gürcüstana, 2007-ci ilin iyulundan isə Türkiyəyə “Şahdəniz Mərhələ 1” qazı çatdırılır. 2018-ci il iyulun 30-dan Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə "Şahdəniz Mərhələ 2" qazı Türkiyəyə nəql edilir.


İlham Şaban


Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji üzrə ekspert İlham Şaban


Təkcə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin (Cənub Qaz Dəhlizinin qolu - "Report".) Gürcüstan ərazisində dəyəri 2 mlrd. ABŞ dolları təşkil edir. Gürcüstan ərazisində iki kompressor stansiyası inşa edilib və onların hər biri üçün 1mlrd. dollar investisiya qoyulub

İ.Şaban deyib ki, “Şahdəniz" qaz-kondensat yatağından işlənmənin əvvəlindən bu il aprelin 1-dək 104,2 mlrd. kubmetr qaz hasil edilib və hasil edilən qazın 69,7 mlrd. kubmetri ixrac edilib:


"Təkcə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin (Cənub Qaz Dəhlizinin qolu - "Report".) Gürcüstan ərazisində dəyəri 2 mlrd. ABŞ dolları təşkil edir. Gürcüstan ərazisində iki kompressor stansiyası inşa edilib və onların hər biri üçün 1 mlrd. dollar investisiya qoyulub”.


Ekspert vurğulayıb ki, Azərbaycan qazı Avropaya nəql edilməyə başlandıqdan sonra Gürcüstanın tranzit haqqı olaraq alacağı qaz 1 mlrd. kubmetr olacaq:


“Hazırda Gürcüstanın illik təbii qaz istehlakı 2,3 mlrd. kubmetr təşkil edir. Tranzit haqqı olaraq alınan qaz bu ölkənin istehlakının 40%-ni təmin edəcək”.


"Report" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı infoqrafikanı təqdim edir:





Ekspress.az

  • SON XƏBƏR
  • TREND