Meksikada silahlı şəxs 40-dan çox uşağı girov götürüb+FOTO

26.01.2019 08:39
333
Meksikada silahlı şəxs 40-dan çox uşağı girov götürüb+FOTO

Meksikada naməlum şəxs 40-a yaxın uşağı girov saxlamaq istəyib.



Ekspress.az xəbər veririk ki, bu barədə "Televisa" məlumat yayıb.


Həmin şəxs içkili vəziyyətdə təhsil müəssisəsinin ərazisinə daxil olub mətbəxdə bir neçə bıçaqı oğurladı.



O, bundan sonra məktəbin həyətinə yollanıb və orada 40-dan çox uşağı, həmçinin müəllimi girov götürüb.


Onun hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıqları 3 saat davam edib. Sərxoş şəxs narkotik vasitə olan kristall metamfetaminin iki dozasını gətirməyi tələb edib, lakin sonra bir neçə pivə şüşəsi ilə razılaşıb.

Cinayətkara alkoqollu içkinin ötürülməsi zamanı polis və dəniz piyada qoşununun döyüşçüləri odlu silahın tətbiqi olmadan onu zərərsizləşdirməyə müvəffəq olublar.



Cinayətkarın hərəkətlərindən heç bir uşaq zərər çəkməyib. Saxlanılan şəxs prokurorluq əməkdaşlarına təhvil verilib.



Qeyd edək ki, hadisə ölkənin qərbində, Nayarit ştatında, Baiya-de-Banderas rayonunun məktəblərindən birində baş verib.



Ekspress.az