Bakıda avtobus sürücüsü onu söyən qadını döydü - FOTO


03.07.2019 11:02
353
Bakıda avtobus sürücüsü onu söyən qadını döydü - FOTO

Bakıda avtobus sürücüsü ilə qadın sərnişin arasında dava düşüb.


Ekspress.az xəbər verir ki, bu davanın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin "Koroğlu" metro stansiyasının yaxınlığında qeydə alındığı deyilir.


Fotodan göründüyü kimi, qadın sürücü ilə dava edir. Dava zamanı qadın çantası ilə sürücünü vurmaq istəyir (baku.ws). Əvəzində isə sürücü qadına sillə və yumruq vurur. Qadın da sürücünü təhqir edir.




Ekspress.az

Açar sözlər: