"EYOF 2019": Bu gün keçiriləcək növbəti yarışların CƏDVƏLİ


23.07.2019 10:35
135
"EYOF 2019": Bu gün keçiriləcək növbəti yarışların CƏDVƏLİ

Bu gün "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) daha 23 dəst medal sahibini tapacaq.


Ekspress.az xəbər verir ki, yarışlar cüdo istisna olmaqla, festivalın proqramında yer alan 10 idman növündən 9-nu əhatə edəcək. Onlardan 5-də mükafatçılar müəyyənləşəcək.


Azərbaycan yığmaları 4 komanda növündə mübarizə aparacaq. Həmçinin 7 güləşçi, 6 velosipedçi, 4 üzgüçü, 3 idman gimnastı, 2 atlet də qüvvəsini sınayacaq.


23 iyul


Atletika


09:10. Qızlar, uzunluğa tullanma, təsnifat


Ləman Hüseynova


10:40. Oğlanlar, 400 m, I mərhələ


Teymur Salahzadə


Üzgüçülük


09:00. Oğlanlar, 100 m, sərbəst üsulla


Maksim Petrenko


09:12. Qızlar, 400 m, sərbəst üsulla


Aysel Səfərova


09:44. Oğıanlar, 200 m, batterflyay


Ramil Vəlizadə


10:40. Oğlanlar, 1500 m, sərbəst üsulla


Rəşad Əliquliyev


İdman gimnastikası


10:00. Oğlanlar, çoxnövçülük, komanda yarışı


Mansum Səfərov, Səməd Məmmədli, Ağakazım Rüstəmov


Velosiped idmanı


10:00. Qızlar, fərdi vaxtla yürüş


Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova, Gülşən İsmayılova


17:00. Oğlanlar, fərdi vaxtla yürüş


Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Şitov


Güləş


10:30. Sərbəst güləş


51 kq, 1/8 final


Kənan Heybətov - İ.Terzi (Ukrayna)


65 kq, 1/8 final


Cəbrayıl Hacıyev - D.Patsinaşvili (Gürcüstan)


10:30. Yunan-Roma güləşi


51 kq, 1/8 final


Elmir Əliyev - C.Andresen (Norveç)


65 kq, təsnifat


Xasay Həsənli - F.Bukis (Yunanıstan)


10:30. Qadın güləşi


53 kq, 1/8 final


Elnurə Məmmədova - F.Vizi (Macarıstan)


57 kq, 1/8 final


Birgül Soltanova - D.Manuil (Rusiya)


65 kq, 1/8 final


Nigar Mirzəzadə - M.Trautman (Almaniya)


Həndbol


Qızlar, B qrupu, II tur


14:30. Azərbaycan – Macarıstan


Oğlanlar, A qrupu, II tur


20:30. Danimarka – Azərbaycan


Basketbol


Oğlanlar, A qrupu, II tur


18:15. Fransa – Azərbaycan


Voleybol


Oğlanlar, A qrupu, II tur


18:30. Azərbaycan – Belarus


Qeyd edək ki, ötən 2 yarış günüdən sonra Azərbaycan millisi 10 medalla 1-ci sıradadır. Mükafatların hamısı güləşçilər əldə ediblər. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND