Bakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

22.08.2019 17:45
94
Bakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. 


Nazirlikdən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 


***


Hadisə nəticəsində iki nəfər xəsarət alıb.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.


***


Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.


Hələ yanğının qarşısını almaq mümkün olmayıb.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".


***


Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarı yanır.


 Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib.


"Baş verən hadisə böyük yanğın hesab edilir. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə barəsində əlavə məlumat veriləcək" - deyə G.Mehdiyeva bildirib. (report)




Ekspress.az

  • SON XƏBƏR
  • TREND