Anar Nəcəfli efirə qayıtdı

18.09.2018 13:07
368
Anar Nəcəfli efirə qayıtdı

Uzun illərdir aparıcılıqdan uzaqlaşan Anar Nəcəfli yenidən efirlərə qayıdıb. 


Ekspress.az “qafqazinfo.az”a xəbər verir ki, o, 24 sentyabrdan etibarən hər axşam saat 20:00-da ARB TV-də xəbərlər proqramına aparıcılıq edəcək. 


Qeyd edək ki, Anar Nəcəfli həm də Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəridir.

***

Anar Nəcəfli sosial şəbəkədə dövlət qurumundakı vəzifəsindən ayrılmadığını qeyd edib:

"Mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılmamışam və işimə davam edirəm. Sadəcə olaraq bundan sonra əsas işimlə paralel olaraq həm də, ARB Tv-nin əsas xəbər buraxılışının aparıcısı olaraq da fəaliyyətimi davam etdirəcəm".


Ekspress.az

Açar sözlər: