Qaşıqçının oğlu elə sözlər dedi ki... - Şok

02.10.2019 16:21
67
Qaşıqçının oğlu elə sözlər dedi ki... - Şok

Ötən il Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının oğlu Salah Qaşıqçı atasının cinayət işi ilə bağlı heyrətamiz açıqlama verib.


Ekspress.az xəbər verir ki, Salah Qaşıqçı Səudiyyə Ərəbistanı məhkəməsinin ədaləti təmin edəcəyinə inandığını bildirib.


O, sosial mediadakı paylaşımında Səudiyyə rəhbərliyinə yönəlik müsbət fikirlər söyləyib: "Sevimli atamızı itirməyimizdən bir il ötdü. Daha əvvəl dediyim kimi Səudiyyə Ərəbistanı məhkəməsinin bu qorxunc cinayəti törədənləri cəzalandıracağına inanım sonsuzdur. Mən də atam kimi Vətənə və dövlətin rəhbərlərinə sadiq qalacağam".


Qeyd edək ki, səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də evlilik sənədlərini düzəltmək üçün getdiyi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülüb. (teleqraf)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND