İn­tel­lek­tu­al di­as­po­run for­ma­laş­ma­sı

31.10.2018 19:27
444
İn­tel­lek­tu­al di­as­po­run for­ma­laş­ma­sı


Azər­bay­can­da döv­lət­çi­lik ənə­nə­lə­ri­nin ta­ri­xi kök­lə­ri ol­du­ğu­na gö­rə, Azər­bay­can di­as­po­ru­nun dün­ya öl­kə­lə­rin­də for­ma­laş­ma­sı da qə­dim ta­ri­xə söy­kə­nir. Bu ba­xım­dan di­as­po­run for­ma­laş­ma ta­ri­xi­ni bir ne­çə mər­hə­lə­yə böl­mək olar.


- Bi­rin­ci mər­hə­lə VII əs­rin so­nu - VIIII əs­rin əv­vəl­lə­ri­nə tə­sa­düf edir. Be­lə ki, İs­lam di­ni­nin ya­yıl­ma­sı ilə əla­qə­dar bu­ra­da ərəb­dil­li elm və mə­də­niy­yə­tin in­ki­şa­fı, on­lar­ca azər­bay­can­lı mü­tə­fək­ki­rin Ya­xın və Or­ta Şər­qin şə­hər­lə­ri­nə axı­nı di­as­po­run ya­ran­ma­sı­nın tə­mə­li­ni qo­yub.


- İkin­ci mər­hə­lə X və XIX əsr­lə­ri əha­tə edir. Məhz hə­min dövr­də Ya­xın Şər­qin elm və mə­də­niy­yət mər­kəz­lə­rin­də əs­lən Azər­bay­can­dan olan yüz­lər­lə alim və tə­lə­bə­nin bi­lik­lə­rə yi­yə­lən­mə­si, mil­li tə­fək­kü­rü­mü­zün re­gi­on xalq­la­rın in­ti­ba­hın­da qa­baq­cıl möv­qe­yə çıx­ma­sı sa­yə­sin­də, xa­ric­də məs­kun­laş­ma­sı da­ha ge­niş vü­sət alıb.


Eks­pert­lə­rin fik­rin­cə, Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı­nın son­ra­kı mər­hə­lə­lə­ri öl­kə­mi­zin rus, son­ra­dan so­vet im­pe­ri­ya­sı tə­rə­fin­dən iş­ğal olun­ma­sı, bi­rin­ci və ikin­ci dün­ya mü­ha­ri­bə­lə­ri, SSRİ-nin sü­qu­tun­dan son­ra Av­ro­pa öl­kə­lə­rin­də azər­bay­can­lı­la­rın ye­ni nə­sil­lə­ri­nin məs­kun­laş­ma­sı ilə əla­qə­dar­dır. 1979-cu il­də İran­da İs­lam İn­qi­la­bı­nın baş ver­mə­si nə­ti­cə­sin­də də min­lər­lə cə­nub­lu soy­da­şı­mız və­tən­lə­ri­ni tərk edə­rək, Qərb öl­kə­lə­ri­nə sı­ğın­maq məc­bu­riy­yə­tin­də qa­lıb.


O da qeyd olu­nur ki, təx­mi­nən, 30 mil­yon azər­bay­can­lı­nın ta­ri­xən ya­şa­dı­ğı müa­sir İran əra­zi­sin­dən son onil­lik­lər ər­zin­də mü­ha­ci­rət edən­lə­rin sa­yı Azər­bay­can Res­pub­li­ka­sı­nı tərk edən­lə­rin sa­yın­dan qat-qat çox olub. On­lar qərb öl­kə­lə­rin­də güc­lü Azər­bay­can di­as­po­ru for­ma­laş­dı­rıb­lar. Təq­ri­bi sa­yı 50 mil­yon nə­fər olan dün­ya azər­bay­can­lı­la­rı­nın 10 mil­yon­dan ço­xu ha­zır­da mü­ha­ci­rət­də ya­şa­yır.


Azər­bay­can di­as­po­ru­nun in­ki­şaf döv­rü ümum­mill­li li­der Hey­dər Əli­ye­vin ikin­ci də­fə ha­ki­miy­yə­tə gəl­mə­si ilə əla­qə­dar­dır. Məhz bö­yük si­ya­si xa­di­min Azər­bay­can rəh­bər­li­yi­nə ikin­ci qa­yı­dı­şın­dan (1993-cü il) son­ra di­as­por qu­ru­cu­lu­ğu Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət si­ya­sə­ti­nin əsas is­ti­qa­mət­lə­rin­dən bi­ri­nə çev­ril­di.


Eks­pert­lə­rə gö­rə, öl­kə­miz müs­tə­qil­lik əl­də et­dik­dən son­ra, Azər­bay­can xa­ri­ci si­ya­sə­ti­nin qar­şı­sın­da iki mü­hüm və­zi­fə da­ya­nır­dı: bi­rin­ci­si, Azər­bay­ca­na su­ve­ren döv­lət ki­mi tə­mi­nat­lar al­maq, ikin­ci­si, Qərb­lə stra­te­ji əmək­daş­lıq im­kan­la­rın­dan fay­da­la­na­raq, öl­kə iq­ti­sa­diy­ya­tı­nın gə­lə­cək in­ki­şa­fı­nı tə­min et­mək idi.

90-cı il­lə­rə qə­dər ABŞ-a mü­ha­ci­rət et­miş soy­daş­la­rı­mız Ame­ri­ka­nın həm si­ya­si, həm iq­ti­sa­di, həm də hər­bi hə­ya­tın­da tam hü­quq­lu və­tən­daş­la­rı ki­mi ya­şa­yıb­lar. Azər­bay­can­lı­lar kom­pakt hal­da Nyu-York, Los-An­ce­les, Bat­ton-Ruc, Mi­ci­qan, Nyu-Cer­si, Va­şinq­ton və di­gər şə­hər­lər­də məs­kun­la­şıb­lar. Bir xa­tır­lat­ma da ye­ri­nə dü­şər­di ki, Ame­ri­ka­da ən fə­al olan­lar Azər­bay­can yə­hu­di­lə­ri­dir ki, on­lar öz­lə­ri­ni Azər­bay­can di­as­po­ru­nun tər­kib his­sə­si he­sab edir­lər. Azər­bay­can na­mi­nə gö­rü­lən iş­lə­ri müs­bət qiy­mət­lən­di­rən Azər­bay­can yə­hu­di­lə­ri "Ev­reys­kiy mir", "Vec­nıy Nyu-York", "Russ­ka­ya rek­la­ma", "News­tay", "New Wor­ker" mət­bu­at or­qan­la­rın­da Azər­bay­ca­nı dəs­tək­lə­yir­lər. 2000-ci ilin sta­tis­tik mə­lu­mat­la­rı­na əsa­sən ABŞ-da Va­şinq­ton, Nyu-york, Los An­ce­les, Hyus­ton , Dal­las və d. şə­hər­lər­də 400000 azər­bay­can­lı ya­şa­yır.


2002-ci­lə aid sta­tis­tik mə­lu­mat­lar­dan mə­lum olur ki:

- ABŞ-da ya­şa­yan azər­bay­can­lı­la­rın 60 %-i cə­nub­lu, 35%-i şi­mal­lı, 5%-i isə Tür­ki­yə­dən gəl­miş azər­bay­can­lı­lar təş­kil edir.

- Azər­bay­can­lı­la­rın 23%-i or­ta si­ni­fə, 21%-i or­ta si­nif­dən aşa­ğı tə­bə­qə­yə, 16%- i isə ay­lıq gə­li­ri 400 mi­nə ya­xın olan zən­gin­lər tə­bə­qə­si­dir.

- ABŞ-da azər­bay­can­lı­lar ara­sın­da ay­lıq gə­li­ri 200 min - 1 mil­yon dol­lar olan 13 nə­fər, hər ay qa­zan­dı­ğı məb­ləğ 1-mil­yon­dan çox olan 38 mil­yon­çu var. Bun­dan baş­qa, Ame­ri­ka­da möv­cud olan bü­tün et­nik di­as­por­lar ha­ki­miy­yət­dən öz və­tən­lə­ri üçün iq­ti­sa­di, si­ya­si, hü­qu­qi, hər­bi və di­gər yar­dım­la­rın alın­ma­sı­na ça­lı­şır. Di­as­por­la­rın üzə­ri­nə dü­şən mü­hüm və­zi­fə­lər­dən bi­ri də öz­lə­ri­nə Ame­ri­ka­da Qa­nun­ve­ri­ci-İc­rae­di­ci Məh­kə­mə sis­te­min­də tə­rəf­dar­lar və dost­lar qa­zan­maq­dır.


Ame­ri­ka­da ya­şa­yan həm­və­tən­lə­ri­mi­zi bu sa­hə­də fəa­liy­yə­tə ruh­lan­dı­ran isə ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin on­lar­la mü­tə­ma­di gö­rüş­mə­si olub. Bu gö­rüş­lər za­ma­nı Hey­dər Əli­yev Azər­bay­ca­nın si­ya­si are­na­da­kı ye­ri və ro­lun­dan da­nı­şa­raq, Azər­bay­can xal­qı­nın və Azər­bay­can döv­lət­çi­li­yi­nin qüv­vət­lən­mə­si və çi­çək­lən­mə­si na­mi­nə ça­lış­maq üçün on­la­ra öz tək­lif və töv­si­yə­lə­ri­ni ve­rib (gu­mi­lev-cen­ter.az).


Di­as­por mə­sə­lə­lə­ri üz­rə eks­pert Yəh­ya Ba­ban­lı bil­di­rir ki, XX əs­rin əv­vəl­lə­rin­də bol­şe­vik­lə­rin təz­yiq və tə­qib­lə­rin­dən qur­tul­maq üçün mü­ha­ci­rət edən və­tən­pər­vər soy­daş­la­rı­mız və nü­fuz­lu zi­ya­lı­la­rı­mız Azər­bay­can di­as­po­ru­nun təş­ki­lat­lan­ma­sı pro­se­si­nin, hət­ta lob­bi işi­nin əsa­sı­nı qoy­muş ol­du­lar: "Miq­ra­si­ya et­miş azər­bay­can­lı­la­rın ək­sə­riy­yə­ti əv­vəl­cə İran, Tür­ki­yə, son­ra isə Qər­bi Av­ro­pa öl­kə­lə­rin­də və ABŞ-da məs­kun­laş­ma­ğa məc­bur ol­du­lar. Mü­ha­ci­rət edən­lə­rin içə­ri­sin­də AXC-nin döv­lət, ic­ti­mai-si­ya­si xa­dim­lə­ri, Mü­sa­vat və di­gər par­ti­ya­la­rın üzv­lə­ri, iri sa­hib­kar­lar, on­la­rın öv­lad­la­rı var idi. Hə­min şəx­siy­yət­lər ara­sın­da bir ne­çə­si də var ki, on­la­rın is­mi-şə­ri­fi­ni xü­su­si­lə vur­ğu­la­maq olar. Azər­bay­can mil­li hə­rə­ka­tı­nın gör­kəm­li nü­ma­yən­də­lə­ri Əli­mər­dan bəy Top­çu­ba­şov, Əh­məd bəy Ağa­oğ­lu, Xə­lil bəy Xas­məm­mə­dov, Beh­bud xan Ca­van­şir, Xos­rov bəy Sul­ta­nov, Mir­zə Ba­la Məm­məd­za­də, Məm­məd Əmin Rə­sul­za­də, Na­ğı bəy Şeyx­za­man­lı, Cey­hun bəy Ha­cı­bəy­li, Şə­fi bəy Rüs­təm­bəy­li və di­gər­lə­ri dün­ya­nın müx­tə­lif döv­lət­lə­rin­də Azər­bay­can si­ya­si mü­ha­ci­rə­ti­nin əsa­sı­nı qo­ya­raq is­tiq­lal­çı­lıq və döv­lət­çi­lik dü­şün­cə­si­nin gə­lə­cək nə­sil­lə­rə ötü­rül­mə­sin­də və mil­li men­ta­li­te­ti­mi­zin ya­şa­dıl­ma­sın­da müs­təs­na xid­mət gös­tə­rib­lər. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ba­ni­lə­ri­nin ək­sə­riy­yə­ti xa­ric­də təh­sil al­mış və öz dün­ya­gö­rü­şü­nü ge­niş­lən­di­rib­lər. Hə­min şəxs­lə­rin xa­ric­də təh­sil al­ma­sı­na tə­şəb­büs gös­tə­rən, mad­di-mə­nə­vi dəs­tək olan şəxs­lər­dən bi­rin­ci­si mil­yon­çu H.Z.Ta­ğı­yev olub. Məhz bu sə­bəb­dən döv­lət­çi­li­yin qu­rul­ma­sın­da onun xü­su­si ye­ri və ro­lu var­dır, çün­ki təh­sil al­ma­ğa gön­dər­di­yi və­tən öv­lad­la­rı ye­ni dü­şün­cə və ide­ya ilə ge­ri dö­nə­rək bu yol­da fəa­liy­yə­tə baş­la­yıb­lar. Mə­sə­lə bu­ra­sın­da­dır ki, Azər­bay­ca­nın ilk dün­yə­vi təh­si­lə ma­lik sa­vad­lı-zi­ya­lı qa­na­dı olan bu şəxs­lər elə tə­lə­bə­lik döv­rün­dən baş­la­ya­raq, Azər­bay­can ic­ma­la­rı­nın ya­ran­ma­sı­na, di­as­po­ru­nun for­ma­laş­ma­sı­na səy gös­tə­rib­lər. Elə­cə də AXC döv­rün­də və onun sü­qu­tun­dan son­ra miq­ra­si­ya­ya mə­ruz qa­lan soy­daş­la­rı­mız bu is­ti­qa­mət­də kon­sep­tu­al fəa­liy­yət gös­tə­rib­lər".


Y.Ba­ban­lı mə­qa­lə­də Şə­fi bəy Rüs­təm­bəy­li haq­qın­da da mə­lu­mat ve­rə­rək qeyd edir ki, onun adı tək­cə "Azər­bay­can" qə­ze­ti­nin de­yil, ümu­miy­yət­lə, Azər­bay­ca­nın is­tiq­lal ta­ri­xin­də əbə­di qa­lan gör­kəm­li şəx­siy­yət­lər­dən­dir: "Ümum­ru­si­ya mü­səl­man tə­lə­bə­lə­ri­nin qu­rul­ta­yı­nın Azər­bay­ca­nın müs­tə­qil­lik şüu­ru­nun for­ma­laş­ma­sın­da müs­təs­na əhə­miy­yə­ti olub. Ye­ri gəl­miş­kən, ötən əs­rin əv­vəl­lə­rin­də ye­ni in­qi­la­bi şə­ra­it­də Azər­bay­can xal­qı­nın məq­səd və ar­zu­la­rı­nı mü­əy­yən­ləş­dir­mək məq­sə­di ilə bağ­lı ilk ad­dım 1917-ci il ap­re­lin 15-20-də Ba­kı­da re­al­la­şan Qaf­qaz mü­səl­man­la­rı­nın qu­rul­ta­yın­da atı­lıb. Yə­ni sa­da­la­nan­la­rın fo­nun­da in­ten­siv­lə­şən miq­ra­si­ya­nın de­tal­la­rı­nı, ay­rı-ay­rı öl­kə­lər­də di­as­po­run for­ma­laş­ma­sı və lob­bi­çi­lik fəa­liy­yə­ti is­ti­qa­mə­tin­də atı­lan ilk ad­dım­la­rı nə­zər­dən ke­çi­rək. Azər­bay­can­la Tür­ki­yə ara­sın­da­kı ta­ri­xi kök­lər, et­nik mən­su­biy­yət bir­li­yi, so­si­al, mə­də­ni, iq­ti­sa­di, si­ya­si bağ­lı­lıq ta­rix bo­yu bu öl­kə­ni soy­daş­la­rı­mı­zın ilk pə­nah apar­dı­ğı və sı­ğı­na­caq tap­dı­ğı ikin­ci və­tə­nə çe­vi­rib. İran və Ru­si­ya­nın Gü­lüs­tan və Türk­mən­çay mü­qa­vi­lə­lə­ri ilə Azər­bay­ca­nı par­ça­la­ya­raq iş­ğa­lı­nın rəs­mi­ləş­dir­di­yi za­man möv­cud re­ji­min qa­da­ğa­la­rı ilə ra­zı­laş­ma­ya­raq doğ­ma yurd­la­rı­nı tərk et­mək məc­bu­riy­yə­tin­də qa­lan­lar Os­man­lı döv­lə­tin­də məs­kun­la­şıb­lar. Son­ra­lar məhz Şərq­də ilk hü­qu­qi-de­mok­ra­tik döv­lət olan Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ən ya­xın müt­tə­fi­qi də Os­man­lı Tür­ki­yə­si ol­muş, mö­tə­bər ali məc­lis­lər­də, xü­su­sən də iş­ti­rak et­di­yi Pa­ris sülh konf­ran­sın­da (1919-cu il) onun haqq sə­si­ni mü­da­fiə et­miş­dir" (di­as­por­news.az).


Xa­tır­la­daq ki, ha­zır­da xa­ri­ci öl­kə­lər­də təx­mi­nən 425-ə qə­dər Azər­bay­can di­as­por təş­ki­la­tı fəa­liy­yət gös­tə­rir. Döv­lət baş­çı­sı di­as­por qu­ru­cu­lu­ğu işi­ni xü­su­si diq­qət mər­kə­zin­də sax­la­yıb, Azər­bay­can­da və xa­ric­də bö­yük təd­bir­lər ke­çi­ri­lib. Dün­ya Azər­bay­can­lı­la­rı­nın II Qu­rul­ta­yın­dan son­ra 102 di­as­por təş­ki­la­tı­nın tə­sis edil­mə­si, 2011-ci il iyu­lun 5-də ke­çi­ri­lən Dün­ya Azər­bay­can­lı­la­rı­nın III Qu­rul­ta­yın­dan son­ra ötən 1 il ər­zin­də 10-a ya­xın ye­ni di­as­por təş­ki­la­tı­nın ya­ran­ma­sı diq­qət çə­kir.


Azər­bay­can Res­pub­li­ka­sı­nın bu mə­sə­lə­lər­lə bağ­lı qar­şı­sı­na qoy­du­ğu bir ne­çə əsas is­ti­qa­mət­lər var:

- Xa­ri­ci öl­kə­lər­də fəa­liy­yət gösr­tə­rən ic­ma və bir­lik­lə­rin va­hid təş­ki­lat­da bir­ləş­di­ril­mə­si dün­ya azər­bay­can­lı­la­rı­nın ümu­mi bir­li­yi­nin tə­məl prin­sip­lə­rin­dən­dir.

- Azər­bay­can döv­lə­ti dün­ya azər­bay­can­lı­la­rı­nın bir­li­yi­ni, möv­cud iq­ti­sa­di və si­ya­si ger­çək­lik­lə­ri, ey­ni za­man­da dün­ya­da ge­dən ic­ti­mai-si­ya­si pro­ses­lə­rin mey­da­na çı­xar­dı­ğı re­al­lıq­la­rı nə­zə­rə ala­raq hə­ya­ta ke­çir­mə­yə ça­lı­şır.

- Dün­ya­da azər­bay­can­lı­la­rın həm­rəy­li­yi bü­tün Azər­bay­can xal­qı­nın ideo­lo­ji bü­töv­lü­yü­nü, mil­li bir­li­yi­ni tə­min edən əsas amil­dir və döv­lət si­ya­sə­ti­nin prin­si­pi­al is­ti­qa­mət­lə­rin­dən bi­ri­dir.

- Ta­ri­xi Və­tən­lə əla­qə­lər mə­sə­lə­si dün­ya azər­bay­can­lı­la­rı­nın təş­ki­lat­lan­dı­rıl­ma­sı­nın ən mü­hüm prin­sip­lə­rin­dən­dir. Bu əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­si yal­nız mə­də­ni, si­ya­si, psi­xo­lo­ji zə­min­də de­yil, həm də iq­ti­sa­di as­pekt­də də özü­nü gös­tə­rir.

- Bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın bir­li­yi mil­li mə­na­fe­lər və döv­lə­ti ma­raq­lar kon­teks­tin­də or­ta­ya çı­xan tə­bii ta­ri­xi zə­ru­rət ki­mi qiy­mət­lən­di­rir.

- Dün­ya azə­ray­can­lı­la­rı müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın bey­nəl­xalq aləm­lə mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fın­da, öl­kə­miz haq­qın­da hə­qi­qət­lə­rin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da iş­ti­rak et­mək im­ka­nı­na ma­lik ən fə­al qüv­və­yə çev­ril­mə­li­dir.

- Dün­ya azər­bay­can­lı­la­rı­nın bir­li­yi mə­sə­lə­si - Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın re­al­laş­dı­rıl­ma­sı me­xa­niz­mi ki­mi qə­bul edi­lir və bu sa­hə­də hə­ya­ta ke­çi­ri­lən bü­tün təd­bir­lər məhz hə­min ama­la əsas­la­nır.

- Azər­bay­can döv­lə­ti bü­tün dün­ya­da ya­şa­yan azər­bay­can­lı­la­rın si­ya­si is­ti­nad­ga­hı ki­mi çı­xış edir və hər za­man on­la­rın qar­şı­laş­dı­ğı çə­tin­lik­lə­rin həl­lin­də ya­xın­dan iş­ti­rak et­mə­yi özü­nün ali məq­səd­lə­rin­dən bi­ri ki­mi də­yər­lən­di­rir.

- Azər­bay­can döv­lə­ti­nin diq­qət ye­tir­di­yi di­gər bir mü­hüm is­ti­qa­mət soy­daş­la­rı­mız ara­sın­da mə­nə­vi-ideo­lo­ji bir­li­yin ya­ra­dıl­ma­sın­dan, ic­ma­lar ara­sın­da əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­sin­dən və bu sa­hə­də möv­cud olan si­ya­si, psi­xo­lo­ji ma­neə­lə­rin ara­dan qal­dı­rıl­ma­sın­dan iba­rət­dir.

- Azər­bay­can mil­li-mə­də­ni özü­nə­məx­sus­lu­ğu­nun, ta­ri­xi ənə­nə­lə­rə bağ­lı­lı­ğı­nı qo­ru­nub sax­la­nıl­ma­sı di­as­por qu­ru­cu­lu­ğu­nun müa­sir mər­hə­lə­si­nin ən ak­tu­al mə­sə­lə­lə­rin­dən bi­ri­dir.


Son ola­raq qeyd edək ki, Azər­bay­can döv­lə­ti dün­ya öl­kə­lə­rin­də ya­şa­yan hər bir azər­bay­can­lı­nın prob­lem­lə­ri və qay­ğı­la­rı ilə ma­raq­la­nır, yar­dım edir və soy­daş­la­rı­mı­zın hü­quq­la­rı­nı mü­da­fiə et­mə­yə dai­ma ha­zır­dır.

 

Rə­şid RƏ­ŞAD

  • SON XƏBƏR
  • TREND