Beynəlxalq Bankın Gürcüstan filialı bağlanıb

04.01.2019 17:02
335
Beynəlxalq Bankın Gürcüstan filialı bağlanıb


Gürcüstan Milli Bankı (GMB) Azərbaycan Beynəlxalq Bankının Gürcüstan filialının ("ABB-Gürcüstan") ləğv olunması prosesinin başa çatdığını elan edib. Ekspress.az "Report"a istinadən xəbər verir ki, "ABB-Gürcüstan" bank olmayan kredit təşkilatına çevriləcək.


GMB-nin vitse-prezidenti Arçil Mestvirişvilinin sərəncamı ilə bankın GMB-də açılmış və ləğv olunmuş hesabları bağlanmalı və reyestrdən çıxarılmalıdır.


Yanvarın 8-də sərəncam sahibkar və qeyri-sahibkar hüquqi şəxslərin reyestrinə təqdim olunacaq.

Qeyd edək ki, bank ləğv prosesinə müstəqil şəkildə başlayıb və portfelinin 100 000 lariyə (təxminən 65 min manat) azalmasından sonra GMB-yə müraciət edib. Qeyd edək ki, hazırda hesablarda müştərilərin tələb olunmayan vəsaitləri qalıb.


GMB likvidator təyin etməzdən əvvəl ABB satış portfeli üçün podratçı seçib, buna qədər isə səhmdarların əsas öhdəliklərini yerinə yetiriblər.

Xatırladaq ki, Azərbaycan bankı Gürcüstanı 11 illik fəaliyyətindən sonra tərk edib.


Ekspress.az

Açar sözlər: