FHN-dən Ramanadakı yanğınla bağlı - Açıqlama


23.08.2019 15:47
69
FHN-dən Ramanadakı yanğınla bağlı - Açıqlama

Bakının Suraxanı rayonu, Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.


Yanğınsöndürmə işləri davam etdirilir.


***


FHN-dən verilən məlumata görə, Yeni Ramana qəsəbəsi ərazisində baş verən yanğın söndürülüb. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND