“Access Bank” nizamnamə kapitalını 118,5 milyon manat artırıb

14.03.2019 11:26
69
“Access Bank” nizamnamə kapitalını 118,5 milyon manat artırıb

“Access Bank” QSC nizamnamə kapitalını 118,5 milyon manat artırıb. 


Kapital artımı çərçivəsində Banka yeni səhmdarlar cəlb edilib.

Son nəticədə “Access Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib. 


İndiyə qədər Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Almaniyanın KFW bankı hər biri 20%, “Access Microfinance Holding AG” 16,53%, “LFS Financial Systems GMBH” (Almaniya) isə 3,47% paya malik idi.


Hazırda isə yeni pay bölgüsü aşağıdakı kimidir:


1) Asiya İnkişaf Bankı – 19,90%;

2) Avropa İnvestisiya Bankı – 17,39%;

3) Beynəlxalq Maliyyə Korporasiyası – 16,56%;

respons Ability tərəfindən idarə edilən investisiya fondları:

4) responsAbility SICAV (Lux) – 2,91%

5) responsAbility Management Company S.A. – 7,11%

6) Hollandiya İnkişaf Bankı (FMO) – 9,41%;

7) Avstriya İnkişaf Bankı – 9,17%;

8) SIFEM AG – 8,89%;

9) EFSE – 2,78%

10) Symbiotics SICAV (Lux.) – 2,27%

11) GGF – 1,77%

12) LFS Advisory GmbH – 1,27%

13) Qara Dəniz Ticarət və İnkişaf Bankı – 0,58%


Ekspress.az

  • SON XƏBƏR
  • TREND