Cehiz qarşılığında uşaq satılır: "Qızımın yataq otağından..."

06.07.2019 12:06
75
Cehiz qarşılığında uşaq satılır: "Qızımın yataq otağından..."

Azərbaycanda cehiz qarşılığında uşaq satılır.


Ekspress.az xəbər verir ki, qardaşı tərəfindən öldürülən Sevinc Məmmədova və əri İlkin Məmmədovun işi ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.


Belə ki, İlkin Məmmədovun anası Sahibə nəvəsini almaq üçün Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişə müraciət edin.


Verilişə gələn Sevinc Məmmədovanın anası bildirib ki, onları uşaq maraqlandırmır:" Qızımın cehizini bizə qaytarmır. Bu barədə məhkəmənin qərarı da var.İnci 3 gün onlarda qaldı. Qulağındakı sırğanı açıb bizə göndərdilər. Uşağa deyirdi ki, bu uşaq nə gündədir. Mənim qızımın yatağında yatıb, şəkil çəkib atırlar".


İlkin Məmmədovun bacısı Sona söyləyib ki, uşağı versinlər, bizdə onlara cehizləri qaytaraq.


Qeyd edək ki, cütlük xəyanətə görə boşanıblar.


İlkin Məmmədovun bacısı bildirib ki, gəlnimiz Sevinc Məmmədova və qardaşım İlkin Məmmədov qətlə yetirilib. Onları öldürən gəlnimizin qardaşıdır:"Qardaş hazırda ruhi dispanserdə yatır. Hadisə zamanı guya şoka düşüb. Gəlnimizin anası da oğluna kömək edir. Oğluna vəkil tutub, onu xilas etmək istəyir. Mən tək qardaşımı itirdim. Qardaşımın 1 yaş 4 aylıq övladı qaldı. Qızın ailəsi bizə imkan vermir ki, qardaşımın yadigarını görək. Bu hansı qanuna sığır?! Kimə müraciət edirik səsimizə cavab verən yoxdur. 27 yaşlı qardaşımı əlimdən aldılar. Bu gün isə yadigarını görməyə icazə vermirlər. Gəlnimiz ailəsinə yaraşmayan hərəkət etdi. Sevinc qardaşıma xəyanət etdi (big.az). Qardaşım xəyanəti öyrənəndən sonra əlindən tutub onu anasına təhvil verdi. Bildirdi ki, bu gündən mən onu qadın kimi qəbul etmirəm. Bu qızın anası, qardaşı və atası var. Hətta körpəni qardaşım anasından ayırmadı. Qardaşım gəlnimizin başqa kişi ilə olan yazışmaları tutmuşdu".


Azərbaycanda cehiz qarşılığında uşağı satılır: "Qızımın yataq otağından..."


Ekspress.az

  • SON XƏBƏR
  • TREND