İnstaqramdan pul qazananlara pis xəbər 

18.07.2019 18:17
77
İnstaqramdan pul qazananlara pis xəbər 

Sosial medianın həyatımızın bir parçası olması ilə ortaya çıxan və yeni bir peşə halına gələn “influencer”lərə (sosial media fenomenləri) İnstaqramdan pis xəbər var.


Ekspress.az xəbər verir ki, bundan sonra paylaşılan postların altında nə qədər bəyənmə sayı topladığı görünməyəcək.


Bu gün istifadəyə veriləcək yeniliyin qısa müddətdə dünya miqyasında təsirini göstərəcəyi gözlənilir.


Şirkətdən məsələ ilə bağlı verilən açıqlamada bu ifadələrə yer verilib:


“Biz dostlarınızın paylaşdığı foto və videolara diqqətinizi cəmləmənizi istəyirik. Neçə bəyənmə sayı toplamasına deyil” (publika).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND