Alimlər xərçəngin potensial simptomlarını açıqladı

12.01.2019 21:29
80
Alimlər xərçəngin potensial simptomlarını açıqladı

ABŞ-ın Makmillan Mərkəzinin alimləri xərçəngin əsas ilkin simptomlarını açıqlayıb.


Ekspress.az "oxu.az"a istinadla xəbər verir ki, bu haqda “Daily Express” məlumat yayıb.


Əsas simptomlar arasında – bağırsaqların və ya sidik kisəsinin işində yaranan dəyişikliklər, möhkəm öskürəklər və səsin xırıldaması, həzm sisteminin pozuntuları və ya qidanın udulması ilə bağlı çətinliklər sadalanır.


Bundan başqa, digər əlamətlər arasında yaranın gec sağalması, anormal qanaxma, xalların öz formasını dəyişməsi və s. göstərilib.


Alimlər bildirirlər ki, bu simptomlar heç də bütün hallarda xərçəng xəstəliyinin olması anlamına gəlmir.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND