İlham Əliyev Ərdoğana başsağılığı verib

12.02.2019 20:46
40
İlham Əliyev Ərdoğana başsağılığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. 


Ekspress.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidmətinə məlumat yayıb.

 

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND