Yanvarda dövlət büdcəsinin gəliri xərcindən 1,65 dəfə böyük olub

18.02.2019 19:31
211
Yanvarda dövlət büdcəsinin gəliri xərcindən 1,65 dəfə böyük olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2019-cu ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 2,097 milyard manat, xərcləri 1,269 milyard manat təşkil edib. Büdcə gəliri xərcdən 1,65 dəfə böyük olub.


Ekspress.az xəbər verir ki, büdcənin icrasında 828 milyon manatlıq və ya ümumi daxili məhsulun 14 faizi qədər profisit yaranıb. 


Ekspress.az