Horadiz əməliyyatından 25 il ötür - VİDEO

05.01.2019 11:44
156
Horadiz əməliyyatından 25 il ötür - VİDEO

Yanvarın 5-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 25 ili tamam olur. 


Modern.az-ın məlumatına görə, Azərbaycan Ordusu mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 (Cocuq Mərcanlı) yaşayış məntəqəsini erməni işğalçılarından azad edib. 


Horadiz əməliyyatı həmin vaxt ermənilərin Beyləqan rayonuna planlaşdırdığı hücumunun da qarşısını alıb. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.


Horadiz əməliyyatı 1993-cü il dekabrından başlayıb, 1994-cü il 6 yanvar tarixinə kimi davam edib. O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. Təəssüf ki, Milli Ordunun o vaxtki zəfər yürüşü davam etdirilmədi... Necə deyərlər, zəfər yürüşü yarımçıq qaldı...


Həmin döyüşün sonundan qürurverici görütünü təqdim edirik.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND