Putin Azərbaycan xalqını təbrik edib

08.05.2019 14:48
140
Putin Azərbaycan xalqını təbrik edib


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 9 May - Qələbə günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.


Kremlin rəsmi saytı xəbər verir ki, Vladimir Putin Böyük Vətən müharibəsinin başa çatmasının 74-cü ildönümü münasibətilə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təbrik ünvanlayıb.


"Döyüş meydanlarında işğalçılara qarşı cəsarətlə döyüşən və arxa cəbhədə fədakarlıq göstərən qəhrəmanları hörmətlə anırıq (ONA). Bizim ümumi vəzifəmiz onların çoxsaylı fədakarlıqlarını hər zaman xatırlamaq, müharibə veteranlarını qayğı və diqqəti ilə əhatə etməkdir ", - deyə Rusiya dövlətinin rəhbəri bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND