Ombasın böyütdürürdü, ölümdən döndü - FOTOLAR

23.07.2019 22:43
66
Ombasın böyütdürürdü, ölümdən döndü - FOTOLAR

Omba böyütmə əməliyyatı üçün Türkiyədəki bir gözəllik mərkəzinə gələn turist ölkəsinə qayıtdıqdan sonra ölümlə üz-üzə qalıb.


Ekspress.az xəbər verir ki, İngiltərədə yaşayan 33 yaşlı Katrina Herrison Braziliyalılar kimi ombaya sahib olmaq üçün məşhur müğənni Katie Praysın Türkiyədə tez-tez estetik əməliyyat etdirdiyi gözəllik mərkəzinə gəlib.


Bu estetik əməliyyat üçün 3 min avro (5700 manat) pul ödəyən turistin əməliyyatdan sonra şiddətli ağrıları meydana gəlib. Ombasında qanama baş verən gənc qadına xəstəxanadan bu halın normal olduğunu bildiriblər. Bir uşaq anası olan Herrison İstanbulda 4 gün keçirdikdən sonra İngiltərə qayıdıb.


Lakin Mançester havalimanında yerə yıxılıb. Bildirilir ki, qadın xəstəxanaya 1 saat gec aparılsaydı ölə bilərmiş. Əməliyyatı edən həkimlər isə bu halın normal olduğunu deyiblər. Onlar Katrinaya istənilən zaman kömək edə biləcəklərini də bildiriblər. (unikal)


Omba böyütmə əməliyyatı etdirən qadın ölümdən döndü- FOTOLAR


Ekspress.az

  • SON XƏBƏR
  • TREND