Bakıda qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?


10.09.2019 16:30
40
Bakıda qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?

Yaxın 2-3 gün ərzində paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekspress.az xəbər verir ki, bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, gecə və səhər saatlarında paytaxtın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var:


“Sentyabrın 12-i gündüzədək bəzi rayonlarda qeyri-sabit hava şəraiti davam edəcək. Şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi bölgələrdə yağıntıların leysan xarakterli olması gözlənilir.


Paytaxtda da yaxın 2-3 gün ərzində hava dəyişkən buludlu olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 25-28 dərəcə arasında dəyişəcək”. (axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND