Əlillik üzrə yeni meyarlar hazırlanıb

12.01.2019 13:40
234
Əlillik üzrə yeni meyarlar hazırlanıb

Azərbaycanda əlilliklə bağlı yeni konsepsiyanın hazırlanır. Yeni konsepsiyanın hazırlanmasında məqsəd əlilliyi olan şəxslərin təminatının gücləndirilməsidir. Eksperess.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı qeyd edib ki, bununla əlaqədar olaraq, Dünya Səhiyyə Təşkilatının və Avropa ölkələrinin standartları əsasında əlillik üzrə yeni meyarlar hazırlanıb: "Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə, əmək və özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları da nəzərə alınıb".


Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görüldüyünü söyləyən nazir Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatının 61 faiz, I qrup təyinatlarının isə 56 faiz azaldığını deyib: "Əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub.

Hesabat ilində 11 min 900 nəfərə reabilitasiya xidmətləri göstərilib, 35 min 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı verilib".

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND