Messi meydana çıxdı, "Barselona" qələbə qazandı - FOTO

21.01.2019 01:44
577
Messi meydana çıxdı, "Barselona" qələbə qazandı - FOTO

İspaniya La Liqasının 20-ci turunda "Barselona" - "Leqanes" qarşılaşması keçirilib.


Ekspress.az xəbər verir ki, oyunda hesab 32-ci dəqiqədə açıldı. Jordi Albanın ötürməsini Ousman Dembele qola çevirdi. İkinci hissədə rəqibin səhvlərindən istifadə edən "Leqanes" hesabı bərabərləşdirdi. Belə ki, 57-ci dəqiqədə Martin komandasının bərabərlik qolunu vurdu.


64-cü dəqiqədə "Barsa"nın kapitanı Lionel Messinin meydana çıxmasından sonra oyunda dönüş yarandı. 71-ci dəqiqədə argentinalı ulduzun qapıya vurduğu mükəmməl zərbəni qapıçı gözəl seyrlə dəf etməyi bacarsa da, Luis Suares qapıçıdan qayıdan topu tora göndərdi - 2-1.

90+2-ci dəqiqədə Lionel Messi mükəmməl zərbə ilə komandasının 3-cü qolunu vurdu.

Qeyd edək ki, bu, Messinin cari çempionatda vurduğu 18-ci, La Liqada isə 401-ci qolu oldu.


"Barselona" 3 - "Leqanes" 1.


"Barselona" bu nəticə ilə xallarını 46-ya çatdıraraq "Atletiko Madrid"lə xal fərqini 5 yüksəltdi və liderliyini gücləndirdi. "Leqanes" isə 22 xalla 14-cü pillədə qaldı.


AQİL




Açar sözlər: