Perunun intihara cəhd edən sabiq dövlət başçısı xəstəxanada ölüb

17.04.2019 20:17
178
Perunun intihara cəhd edən sabiq dövlət başçısı xəstəxanada ölüb

Perunun sabiq Prezidenti Alan Qarsia xəstəxanada dünyasını dəyişib.


“Andina” agentliyi xəbər verir ki, hazırkı dövlət başçısı Martin Vizkarra məlumatı təsdiqləyib. 


O, “Twitter” səhifəsində mərhumun ailəsinə başsağlığı verib (report).


Qeyd edək ki, bu gün korrupsiya ittihamı ilə məhkəmənin qərarı ilə həbs edilərkən intihara cəhd edən Perunun sabiq Prezidenti Alan Qarsia paytaxt Limadakı xəstəxanalardan birinə yerləşdirilmişdi.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND