Avtomobil dirəyə çırpılıb, sürücü ölüb - YENİLƏNİB

11.10.2019 09:20
765
Avtomobil dirəyə çırpılıb, sürücü ölüb - YENİLƏNİB

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan “VAZ-2107” markalı avtomobilin sürücüsü, 31 yaşlı Abuzərov Elman Rauf oğlu xəstəxanada vəfat edib. 


Ekspress.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


***


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Ekspress.az xəbər verir ki, hadisə bu gecə Qala Əyləncə Parkının yanında qeydə alınıb.

 

Belə ki, “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.

Qəza nəticəsində sürücü, 1988-ci təvəllüdlü Abuzərov Elman Rauf oğlu xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Yaralı təcili əməliyyata götürülüb.


Faktla bağlı araşdırma aparılır. (report)


Ekspress.az