Deputat XİN-ə səsləndi: "Nəticəsi olacaq, olmayacaq, bu əsas deyil, əsas odur ki..."

16.03.2019 01:30
84
Deputat XİN-ə səsləndi: "Nəticəsi olacaq, olmayacaq, bu əsas deyil, əsas odur ki..."

Yeni Zellandiyadakı terrorda da erməni izi aşkarlandı. Mayası terrorla yoğrulmuş bu parazit milləti bütün dünyada ifşa etmək üçün yaxşı fürsət yaranıb.


Bəs görəsən, Azərbaycan niyə bir beynəlxalq konfrans düzənləyib planetdəki bütün erməni terrorlarını ifşa etmir?


Ekspress.az xəbər verir ki, deputat Fazil Mustafa "moderator.az"a deyib ki, bu faktdan mütləq istifadə etməliyik:


"İlk dəfə deyil ki, erməni dəsti-xətti ilə bu cür terror hadisələri törədilir. İndi isə daha böyük miqyasda vəhşilik baş verib. Xarici İşlər Nazirliyimiz bu məsələ ilə bağlı Azərbaycana qarşı erməni terrorunun yaratdığı faciəli nəticələri xatırlatmaqla bu hadisə ilə bağlı dünyanı terrora qaşı mübarizəyə səsləməlidir. Nəticəsi olacaq, olmayacaq, bu əsas deyil, əsas odur ki, məsələ gündəmə çıxarılsın və diqqət mərkəzinə gətirilsin".

  • SON XƏBƏR
  • TREND