"Minsk 2019": Cəmaləddin Məhəmmədov bürünc medal qazanıb


26.06.2019 21:55
181
"Minsk 2019": Cəmaləddin Məhəmmədov bürünc medal qazanıb

Azərbaycan sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.


Ekspress.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan təcrübəli pəhləvan 3-cü yer uğrunda görüşdə rumıniyalı Rares Kintoana qalib gəlib - 12:2.


Bununla da ölkənin aktivindəki medalların sayı 14-ə çatıb. Onların 1-i qızıl, 4 gümüş, 9-u bürünc əyarlıdır (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND