Rüfət Axundova efir qadağası götürüldü

22.07.2019 09:23
53
Rüfət Axundova efir qadağası götürüldü

Tanınmış müğənni Rüfət Axundova qoyulan efir məhdudiyyəti aradan qalxıb.


Ekspress.az xəbər verir ki, artıq müğənnini efirdə, xüsusilə şou verilişlərdə görmək mümkündür.


Qeyd edək ki, bu il aprelin 5-də Speys TV-nin “Hər səhər” verilişinin qonağı R.Axundovla R.İlyasov olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.


Həmin vaxt MTRŞ tərəfindən televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilmiş və R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulmuşdu. Yasamal Rayon Məhkəməsi isə “Speys” televiziyasını 6 min manat məbləğində cərimələmişdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND