Azərbaycanda hər 1000 nəfərə 1,7 boşanma düşür

17.04.2019 22:08
57
Azərbaycanda hər 1000 nəfərə 1,7 boşanma düşür

2019-cu ilin yanvar-fevral aylarında ölkədə 10248 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 6,6-dan 6,4-ə enib.

 

Bu ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8237 nikah və 2718 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,1-dən 5,2-yə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır. 

 

Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 278 nəfər gələn, Azərbaycandan isə 226 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 52 nəfər təşkil etmişdir. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND