Avropa Liqasının finalı italiyalı hakimlərə həvalə olundu


13.05.2019 17:10
107
Avropa Liqasının finalı italiyalı hakimlərə həvalə olundu

Avropa Liqasının Bakıda keçiriləcək final oyununa təyinatlar açıqlanıb.

Mayın 29-da baş tutacaq "Çelsi” – "Arsenal” matçını italiyalı hakimlər idarə edəcək.


Ekspress.az xəbər verir ki, İngiltərə klublarının Bakı Olimpiya Stadionundakı duelinin baş hakimi Canluka Rokki olacaq.


Avropa Liqası

Final

29 may

23:00. "Çelsi” (İngiltərə) – "Arsenal” (İngiltərə)

Baş hakim: Canluka Rokki

Baş hakimin köməkçiləri: Filippo Meli, Lorenzo Manqanelli

Dördüncü hakim: Daniele Orsato (hamısı İtaliya)

Bakı Olimpiya Stadionu (ONA)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND