Ötən il gömrük ödənişi proqnozdan 41 % çox olub

11.01.2019 22:21
142
Ötən il gömrük ödənişi proqnozdan 41 % çox olub

Ötən il dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişi köçürülüb.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.


Onun sözlərinə görə, 2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz artıq gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND