"Bakı-Tbilisi-Qars" sərnişin qatarı 2019-cu ilin birinci rübündə istifadəyə veriləcək

29.12.2018 11:34
695
"Bakı-Tbilisi-Qars" sərnişin qatarı 2019-cu ilin birinci rübündə istifadəyə veriləcək

"Bakı-Tbilisi-Qars istiqamətində sərnişin qatarı gələn il istifadəyə veriləcək. Biz vaqonları sifariş etmişik, İsveçrənin "Stadler" firması tərəfindın vaqonların hazırlanması gecikir".

 

Ekspress.az xəbər verir ki, bunu "Azərbaycan Dəmiryolları" QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə sürət qatarının açılışı zamanı jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, fevralın sonu, martda qatarlar təhvil veriləcək: "Qatarlar təhvil verilən kimi qatar işə salınacaq. İlk sərnişinləri də siz (red-jurnalistlər) və ictimiayyət nümayəndələri olacaq".

 

C.Qurbanov eyni zamanda bildirib ki, gələn il Bakı II dəmir dairəvi yolunda 14 stansiyanın müəyyən hissəsi hazır olacaq. "Gələn ilin ortalarına yaxın ikinci tərəfdən Koroğlu stansiyasından keçməklə Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məhəmmədli, Fatmayi, Novxanı, Sumqayıt açılışını edəcəyik", - deyə sədr bildirib.


Ekspress.az