Ermənilərin məhsulu “Araz”da da aşkarlandı - Foto


23.09.2019 14:29
184
Ermənilərin məhsulu “Araz”da da aşkarlandı - Foto

“Araz” marketlər şəbəkəsi “Choco Pie Lotte” şirniyyatının satışını dayandırıb.


 Ekspress.az xəbər verfir ki, şirkətin PR meneceri Büllurə Əmirova bildirib ki, hazırda “Choco Pie Lotte”nin satışdan yığışdırılmasına başlanılıb.


“Choco Pie Lotte” məhsulu İndoneziya brendidir. Rusiyada istehsal olunur. NANT şirkəti tərəfindən idxal edilir. Məhsulun ambulajının üzərində bir-neçə dildə, o cümlədən ana dilimizdə informasiya yer alıb. Biz satışını həyata keçirdiyimiz idxal məhsullarının üzərində ana dilimizdə informasiyanın əks olunmasına xüsusi diqqət yetiririk. Adı çəkilən məhsulun içərisində ermənicə yazıların xüsusi vurğulanması məsələsini idxalçı şirkətə bildirmişik.


Hazırda bu məhsulların satışı dayandırılıb. Məsələ ətraflı araşdırılandan sonra satışının yenidən həyata keçirilib-keçirilməyəcəyinə qərar veriləcək”.


Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış jurnalist Xalid Kazımlının paylaşdığı və üzərində ermənicə yazı ilə diqqət çəkən “Choco Pie” şirniyyatı geniş müzakirəyə səbəb olub. “Choco Pie Orion”dan (orijinal) fərqli olaraq, “Choco Pie Lotte” şirniyyatında erməni dilində yazı fərqləndirilir və Rusiyada olan bu zavodun ermənilər tərəfindən işlədildiyi vurğulanır.


Xatırladaq ki, Ermənistanda istehsal edilmədiyi üçün bu məhsulun ölkəyə gətirilməsi qanunla qadağan olunmasa da, erməni sahibkarların biznesinin çiçəklənməsinə rəvac verməmək və azərbaycanlıların pulunun ermənilər vasitəsilə öz əleyhimizə çevrilməməsi niyyətilə bu tip məhsullardan imtina həm də milli məsələdir.


(axar)