Gürcü deputatlar Azərbaycana gəldi


15.07.2019 14:32
103
Gürcü deputatlar Azərbaycana gəldi

Gürcüstan parlamentinin nümayəndə heyətinin Azərbaycan səfəri başlayıb.


Ekspress.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Nümayəndə heyəti azərbaycanlı və türkiyəli həmkarları ilə birgə Şəhidlər xiyabanı və Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.


Deputatlar həmçinin ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib, önünə gül dəstələri qoyublar.


Daha sonra nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarssı dostluq qrupunun üzvləri ilə görüşüb.


Qeyd edək ki, nümayəndə heyətinə Gürcüstanın qanunverici orqanının Xarici əlaqələr üzrə Komitəsinin sədri Sofo Katsarava, Gürcüstan-Azərbaycan parlamentlərarssı dostluq qrupunun rəhbəri Zviad Dzidziquri və Xarici əlaqələr komitəsinin üzvü Ramaz Nikolaişvili daxildir.

Gürcü deputatlar Bakıda keçiriləcək Gürcüstan-Azərbaycan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcək (report).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND