Azərbaycanda 8 yeni xəstəxana istifadəyə veriləcək - SİYAHI

Hazırda 17 tibb müəssisəsində təmir-tikinti işləri aparılır.
Ekspress.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda bildirilir ki, bu müəssisələrdən biri - Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən xəstəxana sentyabrda əsaslı təmirdən çıxaraq fəaliyyət göstərəcək.
Nazirlikdən bildirilib ki, 8 yeni xəstəxana istifadəyə veriləcək. Bunlar 200 çarpayılıq Gəncə şəhər Psixiatriya Xəstəxanası, 200 çarpayılıq Şəki şəhər Psixiatriya, Goranboy Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Qazax Rayon Mərkəzi Xəstəxanası, Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası, Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Buzovna qəsəbəsində Sanator- Kurort Reabilitasiya Mərkəzinin (Publik Hüquqi Şəxs) binalarıdır.
Məlumatda qeyd olunub ki, 8 xəstəxanada (Qəbələ Rayon Mərkəzi Xəstəxanası, Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanası, Füzuli Rayon Mərkəzi Xəstəxanası, Samux Rayon Mərkəzi Xəstəxanası, 2 nömrəli Sumqayıt şəhər Xəstəxanasının yeni binası, Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri, Bakı şəhərinin Nizami rayonunda 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sökülərək yenidən qurulması və onun ərazisində Təcili Tibbi Yardım Stansiyasının tikintisi və Sabunçu rayonunda 2 nömrəli Doğum evi) təmir-tikinti işləri davam etdiriləcək.
Qeyd edək ki, cari ilin birinci rübündə Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatdırılaraq istismara verilib (bakupost).
Ekspress.az
-
-
22.10 09:58
Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib
-
21.10 17:20
Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib
-
21.10 16:35
Ağırçəkili 1 nəfər mənzildən çıxarılıb
-
21.10 15:31
Gəncədə hündürmərtəbəli binada yanğın
-
21.10 15:10
Prezident bu şəxsləri təltif etdi
-
21.10 14:17
İntihar edən gəncin məktubu tapıldı - "Bağışla məni ana..." – FOTO/VİDEO
-
21.10 14:06
Sabah 26 dərəcə İSTİ OLACAQ
-
21.10 13:50
Bakıda prokurorluq əməkdaşı AVTOMOBİLDƏ KEÇİNDİ (Foto)
-
21.10 13:12
Bakının bu ərazisi “it qorxusu” ilə yaşayır - Foto
-
21.10 12:45
Teymur Mustafayevə AĞIR İTKİ
-
21.10 12:12
“Papa Cinema”da dostu onu sevgilisinə görə bıçaqlayıb! - ŞOK AÇIQLAMA
-
21.10 10:35
Maqnit qasırğası olacaq
-
21.10 09:35
8 bina sökülür - Köçürülmə başlanılıb
-
21.10 09:05
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
-
19.10 13:10
Bakı metrosunun bu stansiyaları bağlanır - Rəsmi
-
19.10 12:22
Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi...
-
19.10 11:40
Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü
-
19.10 11:32
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur
-
19.10 11:18
İlham Əliyev 2 sərəncam imzaladı
-
19.10 10:13
Rusiyada bənd uçdu: 12 ölü, 19 yaralı
-
-