SOCAR Türkiyənin iri konteyner terminalından birini alıb

09.01.2019 13:54
226
SOCAR Türkiyənin iri konteyner terminalından birini alıb

Danimarkanın “A.P. Moller-Maersk” şirkətinə daxil olan “APM Terminals” Türkiyənin İzmir şəhərindəki konteyner terminalının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsini başa çatdırıb.


Ekspress.az xəbər verir ki, bu barədə Trend-ə “A.P. Moller-Maersk” şirkətindən bildiriblər.


Məlumatda qeyd olunur ki, “APM Terminals” həmin terminalın gələcək inkişafı üçün SOCAR-ın daha uyğun olduğunu hesab etdiyi üçün konteyner terminalını öz tərəfdaşına təhvil vermək qərarı qəbul edib:

“Terminalın satışı artıq başa çatıb. SOCAR obyektin sahibi olacaq, eyni zamanda “APM Terminals” terminalın istismarını davam etdirəcək”.


İzmirin Əliağa rayonunda yerləşən terminal Türkiyənin Egey bölgəsində ən iri konteyner terminalıdır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND