"German” hospitalda uşaq ölümü: həkimləri günahkar çıxardılar - VİDEO


01.05.2019 16:59
659
"German” hospitalda uşaq ölümü: həkimləri günahkar çıxardılar - VİDEO

Bakıda özəl xəstəxanada ötən həftə yeni doğulmuş körpə ölüb.


Ekspress.az verir ki, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən "German” Hospitalda baş verib.


1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.


Ölən körpənin valideynləri və qohumları hadisəyə görə xəstəxananın həkimlərini günühlandırır. Onlar övladlarını doğumdan 3 gün sonra "German” Hospitaldan götürməyə gəlsələr də, tibb işçiləri uşağın keçindiyini bildirib (Minval.info).


Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.


Daha ətraflı videoda:



Ekspress.az