Ronaldu “Yuventus”dan ayrılmaq istəyir


18.04.2019 14:11
111
Ronaldu “Yuventus”dan ayrılmaq istəyir

Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubunu tərk edə bilər.


Ekspress.az xəbər verir ki, 34 yaşlı hücumçu Turin təmsilçisinin Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırmasından çox məyus olub.


Bildirilir ki, portuqaliyalı forvard 2020-ci ilin yayında “Yuventus”dan ayrılmaq istəyir.

Qeyd edək ki, Ronaldu ötən yay 112 milyon avro qarşılığında İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib və 2022-ci ilin iyulundək müqavilə bağlayıb (report). Turin təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Hollandiya “Ayaks”ına uduzaraq mübarizəni dayandırıb (1:1, 1:2).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND