“Müsəlman olduğumuz üçün bizi Avropa İttifaqına qəbul etmirlər" - Ərdoğan

16.02.2019 02:49
642
“Müsəlman olduğumuz üçün bizi Avropa İttifaqına qəbul etmirlər" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının Türkiyəni sıralarında görmək istəməməsinin səbəbini açıqlayıb.


Ekspress.az "RİA Novosti”yə istinadla xəbər verir ki, o, əsas səbəb kimi Türkiyənin müsəlman ölkəsi olduğunu göstərib.


“Müsəlman olduğumuz üçün bizi Avropa İttifaqına qəbul etmirlər. Qoy bunu açıq desinlər, lakin onlar bunu bacarmırlar. Kameraya bir söz, bağlı qapılar arxasında başqa söz deyirlər” - Ərdoğan bildirib.


Türkiyə prezidenti deyib ki, Avropa İttifaqına qəbul ilə bağlı ölkəsi qarşısında daim yeni tələblər irəli sürülür.

  • SON XƏBƏR
  • TREND