Nikaha girmək istəyən 24 nəfərdə HİV, 31 nəfərdə siflis aşkarlanıb

10.05.2019 14:15
148
Nikaha girmək istəyən 24 nəfərdə HİV, 31 nəfərdə siflis aşkarlanıb

2019-cu ilin aprel ayında nikaha daxil olmaq istəyən 12123 nəfər qan müayinəsinə cəlb olunub.

 

Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

 

Z.Əlimirzəyeva qeyd edib ki, 290 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb:

 

“Həmçinin 24 nəfərdə HİV, 31 nəfərdə sifilis qeydə alınıb” (modern.az).

 

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 542038 nəfərdə qan müayinəsi aparılıb:

 

“19253 cütlükdən birində talassemiya daşıyıcılığı, 1204 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1777 nəfərdə sifilis, 496 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.


Ekspress.az