• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Bacısının 10 günlük körpəsini 350 manata satdı

05.10.2018 12:24
206
Bacısının 10 günlük körpəsini 350 manata satdı

Azərbaycanda 10 günlük körpə 350 manata satılıb.


Ekspress.az-ın “report.az”a istinadən verdiyi xəbərə görə, 2 ay əvvəl Xaçmaz şəhər sakini M.Z. polisə müraciət edərək 21 yaşlı oğlu Q.-nın qeyri-rəsmi nikah münasibətində olduğu Bakı sakini 22 yaşlı L.H.-nın (qadın) 2017-ci ilin oktyabr ayında yaşadıqları evdən çıxaraq itkin düşdüyünü bildirib.

Polis əməkdaşları L.H-nı Abşeron rayonu ərazisində tapıb. Məlum olub ki, L.H. qeyri-rəsmi nikahda olduğu Q. ilə mübahisə edərək evdən çıxıb və Bakıda yaşayan bacısı G.-nın yanına gəlib. Bu ilin avqustunda isə o, paytaxtdakı xəstəxanaların birində qız uşağı dünyaya gətirib. On gün sonra G. bacısı L.H-nın körpəsini Gəncə sakini olan 35 yaşlı qadına 350 manata satıb.


Fakt üzrə araşdırma davam etdirilir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND